Son günlər Bakı küçələrində avtobus sürücülərinin iştirakı ilə bir çox qanunsuzluqlar qeydə alınır.
Qaynar.info Avropa.info-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolarda bəzi sürücülərin heç nəyə məhəl qoymadan insanların həyatını təhlükəyə atdığı açıq-aydın görünür.
Bugünlərdə sosial şəbəkə iştirakçıları daha bir avtobusun şəklini yayıb. İçi sərnişinlə dolu 24 nömrəli avtobus hündür səkiyə çıxaraq yolu keçmək istəyib, nəticədə yol bağlanaraq, ərazidə gediş-gəliş bir müddət məhdudlaşıb.
Qaynar.info