
Əhmədli metrosunun qarşısından Hövsana gedən 132 saylı marşrut avtobusları saat 21:30-dan başlayaraq hərəkəti dayandırıblar.
Dayanacaqda marşrut gözləyən sərnişinlərin Qaynar.info-nun əməkdaşına verdikləri məlumata görə, sürücülər marşrutun məxsus olduğu "Transgeyt" şirkətinin planın artırmasına etiraz olaraq bu addımı atdıqlarını bildiriblər.
İki avtobusun sürücüsü isə toya sifariş aldıqlarını deyərək xətdən çıxıb.
Hazırda çoxlu sayda sərnişin marşrut gözləyirlər. Xəttə isə hələ də heç bir bir marşrut çıxmayıb.
Qaynar.info