
“Baku Taxi Company” şirkətinə yeni rəhbər təyin olunub.
Bu barədə AzNews.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkətə direktor vəzifəsinə Səid Hüseynov gətirilib. Qeyd edək ki, bir neçə ay öncə “Baku Taxi Company”nin rəhbəri İlqar Qasımov tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yaymışdıq. Bundan sonra rəhbəri vəzifəsini qurumun maliyyə idarəsində çalışmış Vüqar İbrahimov icra edirdi.
Vüqar İbrahimov AzNews.az –a bildirib ki, artıq əvvəlki vəzifəsinə qayıdıb: “Hazırda köhnə vəzifəmdəyəm. İyunun 13-də Şirkətin yaranmasının 3 illiyi qeyd olunacaq. Tədbirimizə mətbuat nümayəndələrini də dəvət edəcəyik. Səid Hüseynovun direktor vəzifəsinə təyin olunması bağlı KİV-lərə daha ətraflı məlumat veriləcək”.
Qaynar.info