Xəbər lenti

Ziya Məmmədovun qardaşı oğlu polisə aparılıb? - YENİLƏNİB
Ölkə06:06 22.05.2014

Ziya Məmmədovun qardaşı oğlu polisə aparılıb? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ziya Məmmədovun qardaşı oğlunun dindirilməsi xəbərindən danışdı

Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı xəbərə aydınlıq gətirib.

Qaynar.info xəbər verir ki, deputat AzVision.az-a açıqlamasında oğlunun nazirlikdə dindirilmədiyini, Aynar Məmmədov haqda yayılan məlumatın yalnış olduğunu bildirib.

“Bu tamamilə yalnış məlumatdır”-deyən E.Məmmədov əlavə heç nə demək istəmədiyini qeyd edərək telefonu söndürüb.

10:17

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.

Qaynar.info xəbər verir ki, bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub. Xəbərə görə, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.

Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu daxili işlər naziri Ramil Usubovla görüşündə də bəyan etmişdi.

Onu da yada salaq ki, “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı binanın blokundan çıxarkən vəhşicəsinə döyülmüşdü.


Qaynar.info