Mingəçevirli iş adamı Rəşad Şirinov məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, sahibkar barədə "Fortis Group” MMC iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
Rəşad Şirinov "Yapsan” MMC-nin qurucusudur. Şirkətin qanuni təmsilçisi isə qardaşı Taleh Şirinovdur.
"Fortis Group” MMC 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
"Fortis Group” MMC "Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan "Azbentonit” MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "Fortis Group” MMC-yə çevrilib.
"Fortis Group” MMC "Garant Holdinq”in törəmə müəssisəsidir. "Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.
Xatırladaq ki, "Fortis Group” MMC bundan əvvəl "Akkord” şirkətini və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holdinq”i məhkəməyə vermişdi.
Seyid