
"Ola bilməz ki, Rusiyaya səs verilməsin"
“Eurovision təxribatı”nın araşdırılması ilə bağlı artıq cənab Prezident tərəfindən müvafiq göstəriş verilib. Gün.Az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z.Әsgərov bu məsələnin onun üçün də gözlənilməz və qəribə məsələ olduğunu bildirib.
Bu baxımdan da Milli Məclis sədrinin birinci müavini hesab edir ki, bu məsələdə kim günahkardır, tezliklə üzə çıxacaq:
“Ola bilməz ki, Azərbaycandan Rusiyaya səs verilməsin. Mən dəqiq bilirəm ki, bu səslər olub, ancaq həmin səslər harada itib, necə olub, araşdırılacaq.
Bu təxribat beynəlxalq səviyyədə, yoxsa, regional səviyyədə olub, onu da indidən deyə bilmərəm. Artıq mütəxəssislər bu məsələ üzərində işləyirlər.
Kim günahkardırsa, tezliklə üzə çıxacaq. Bir onu deyə bilərəm ki, bu məsələdə Azərbaycanın günahı yoxdur və ola da bilməz”.
Qaynar.info