Xəbər lenti

ÖZÜM YIĞACAM SƏNİ
Ölkə10:24 05.04.2013

ÖZÜM YIĞACAM SƏNİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövlud Mövlud

Deyəsən, darıxırsan,əmoğlu! Boynuna al, yuxudan oyanan kimi kompyuteri açıb internetəqoşulmusan. Bayaqdan “Facebook”u vərəvürd eləyirsən. Di, gəl, çənəninaltına salmağa adam yoxdur. Yenə gecələr, azıb-tazıb qarmağa keçən olur.İçkili olan kim, arvadını boşayan kim, ərindən bezən kim...

Məzələndiyində olur, toruna düşüb özünü gülməli vəziyyətə saldığın da. Halınaacıdığın da olur, “əşi, gör özünə nəyi dərd eləyirsən, bu ki boş şeydir”dediyin də. Xətrinə dəydiyin necə, olmayıb guya? Ay sağ ol. Yaxşı ki,boynuna alırsan. Onda, mən də etiraf edirəm; Bəli, sənin də xətrinədəyiblər.

Amma bunlar hamısı Nizaminintərcüməçiləri demiş, “gecə xəlvətcə”  olub. İndi isə səhərdir. Hamıişdə-gücdə. Özü də ayıq. Kimə nə yazırsan,  bir iki kəlmə ilə yola veriradamı:

-Necəsən, qaqa?

-…

-Deyəsən işin var, narahat eləmədim ki?

-Sağ ol, dostum, yaxşıyam. Narahat eləmirsən. sadəcə bir az işim var. Özüm yığacan səni...

***

Gərəkinciməyəsən adamlardan. Hamı sənin kimi işsiz-gücsüz, yersiz- yiyəsizdeyil. Hərənin öz dərdi. Hərə bir tərəfdə boğuşur həyatla. Bəs nəbilmişdin? Elə bilirsən bir tikə çörək pulu qazanmaq asandır?

 “Facebook”danbir  şey çıxmaz. Bura bax, telefonunun dibində dünəndən bir-iki tikəkontur qalmalıydı. Götür bir dosta-tanışa zəng elə. Bir az eyninaçılsın.  

Eldar necədir?  Bəlkə ona zəng edəsən? Baxma, neçə ilin dostusunuz.

***

-Düüüüd, düüüüüd….

-Qadan alım, ruldayam, işə çatım özüm yığacam səni… düd! düd! düd!

Yenəsağ olsun, insaflı çıxdı, “qadan alım”,-dedi. Onun özü nəyə desəndəyər.  Özünə qapılma! Mete xaqan “özünə dön, Türk oğlu!”deyəndə deməyibki, öz içinə qapan, depressiyaya düş!

***

Onsuzda sən hər şeydə kədər axtarırsan. Özünə zülm eləmək istəyirsən.  Nədi,nəyə baxırsan? On doqquz yaşın olanda Zəki Mürənin “Gəncliyimi gerigətirəməzsin” mahnısına qulaq asıb ağlamağın yadında deyil? Niyə yadındadeyil? Yaxşı yadındadır.

Dayan, bir dəqiqə!Kefini pozma.  Elə ah çəkirsən ki…əşi, şairlərə inanma, “ah ilə dağlarıoda yaxmaq” filfilo söhbətdir. Bayatılarda oğlan qızı aldadıb:

Necəsən bir ah çəkim
Kür quruya sal yana

Bəs qohumlar necədir, qohumlar? Ələsgər dədə necə deyirdi:


-Yüz il keçə qohum səndən yad olmaz...

Dayınoğlu pis oğlan deyil əslində. Düzdür, ananın dediyi kimi “gül kimiuşaq” da deyil. Amma heç atana da qulaq asma.  Vallah, onu heç dəgirdirmə adam saymaq olmaz. Belə də, ortabab bir oğlandır. Darıxan adamüçün yaxşı dərddaş ola bilər. Axı, sizin uşaqlığınız bir yerdə keçib.Yeniyetmə vaxtı da bir yerdə olmusunuz...

***



-Alo

-Dayoğlu, nətərsən?

-Kimdir?

-Bahoo, telefonu yaddaşdan silmisən?

-Hə, sənsən, yox, yaddaşdan silməmişəm. Nəsə aparatda problem var. Nətərsən?

-Yaxşıyam, dayoğlu sən nətərsən? Dedim, görüm...

-Bəri bax, mən indi avtobusdayam, işə gedirəm, işə çatım səni yığacam…

Avtobusda danışa bilmir! Guya bilmirsən, bu vaxtı avtobus basabas olur.

Yaxşı,yaxşı, mısmırığını sallama, Telefonunu qurdala, görək, işə çatan biradam varmı? Yığ danış, başını qat, ona kimi dayoğlu zəng eləyəcək.

***


-Necəsən?

-Mən işdəyəm. Başım qarışıqdır bir az. Özüm yığacam səni…