Azərbaycanda iki qadın zorakılığa məruz qalıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Sədr bildirib ki, qadınlardan biri qardaşı, ikincisi isə həyat yoldaşı tərəfindən döyülüb:
"Qadının biri 7 yaşlı uşağı ilə artıq sığınacağımızdadır. Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən gətirilib. Qadın atası və qardaşı tərəfindən şiddət görüb. Digər qadın isə gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib”.
Bahar Rüstəmli
Şərhlər