Xəbər lenti

Özünü atmaq istədi, icra başçısı gəldi
Ölkə14:57 11.03.2016

Özünü atmaq istədi, icra başçısı gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcəbədidə bir nəfər intihara cəhd edib.
Hadisə şahidlərinin aznews.az-a verdiyi məlumata görə, Sənan Bağırov adlı şəxs Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binaya qalxaraq özünü atmaq istəyib. Onun 30-35 yaşlarında olduğu bildirilir. S.Bağırovun hansı səbəbdən intihara cəhd etməsi hələki bilinmir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. 
Daha sonra olay yerinə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəlib. Sənan Bağırovla söhbətdən sonra onu intihar etmək fikrindən daşındıra bilib. Binanın başından endirilən S.Bağırov başçı ilə birlikdə İcra Hakimiyyətinin inzibati binasına aparılıb. 
Qaynar.info