Xəbər lenti

Özünü bıçaqladı, sonra binadan atdı
Ölkə05:54 07.08.2013

Özünü bıçaqladı, sonra binadan atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Suraxanı rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi ev 1, mənzil 253 ünvanında yaşayan Nəbiyev Xəyal Bəybala oğlu özünü yaşadığı 9 mərtəbəli binadan atıb. X.Nəbiyev hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra məlum olub ki, intihar etmiş şəxs daha əvvəl özünü bıçaqlayıb və ölmədiyini görüncə özünü 9 mərtəbəli binadan atmaq qərarına gəlib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qaynar.info