Dünən axşam saatlarında metronun "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan qadının son durumu açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibb Mərkəzin sözçüsü Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilən 34 yaşlı qadının vəziyyəti ağır stabil olaraq qalır.
Hazırda onun müalicəsi davam etdirilir.