
Bakıda növbəti aksiya təyin olunub.
Qaynar.info saytı xəbər verir ki, aksiyanı Qarabağ qazisi Asif Yusifli təyin edib.
Aksiyada bildirilir, əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar, bu gün hamımızın qanın donduran hadisə baş verdi: "Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir. Bu rəzalətdir!
Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün həftənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır.
Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq"!
Xatırladaq ki, aksiya dekabrın 28 saat 15:00-da Fəvvarələr meydanına təyin olunub. https://www.facebook.com/events/1434325073452425/?notif_t=plan_user_invited
Elkin Xəlilov
Qaynar.info