Xəbər lenti

0:8 "Neftçi"nin sabiqlərini dilə gətirdi: "Onlar klubun tarixini məhv edirlər"
İdman09:14 12.09.2016

0:8 "Neftçi"nin sabiqlərini dilə gətirdi: "Onlar klubun tarixini məhv edirlər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Neftçi"nin Masazır qəsəbəsindəki "Əlincə Arena"da gözlənilmədən "Qəbələ"yə 0:8 uduzması klubun Müşahidə Şurasının iclas keçirməsinə və sərt qərarlar qəbul etməsinə səbəb oldu. Qərarlardan diqqətçəkəni futbolçulara bundan sonra qazanılacaq xallara görə mükafat və bonusların verilməsinin dayandırılması, digəri isə məşqçilər və klubun inzibati heyətinin işindən azad olunmasıdır.

Qaynarinfo.Az xəbər verir ki, buna baxmayaraq, "Neftçi" ilə tarix yazmış sabiq legioner futbolçular 0:8 hesablı darmadağına biganə qala bilməyiblər. 

Картинки

Hazırda Qazaxıstanın "Okjetpes" klubunda çıxış edən serbiyalı qapıçı Saşa Stamenkoviç "Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə bunları qeyd edib:

"Neftçi”nin azarkeşi və 4 il klubun formasını geymiş biri kimi hazırkı rəhbərliyi, Müşahidə Şurasını tam heyətlə istefaya çağırıram. Azərbaycanın ən böyük klubunu daha biabır etmək olmaz. Sizin şəxsi maraqlarınız, pul böldüyünüz futbolçuları mühafizə etməyiniz... bunu mənə də təklif etmişdiniz. Haqqım olan pulun yarısını ödəmək, yarısını isə cibinizə qoymaq istəyirdiniz. 

Azarkeşlər Elnura (klubun icraçı direktoru Elnur Məmmədovu nəzərdə tutur - red.) rejissor kimi və Çingizə ("Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevi nəzərdə tutur - red.) yazıçı kimi "Neftçi”ni necə məhv etmələri barədə kitab buraxmağa icazə verməyəcəklər. 

Keçmişə qayıdaraq bizi - 12 legioneri niyə klubdan göndərdiyinizi soruşmaq istəmirəm. Bəlkə ona görə ki, bizi kluba cənab Sadıqov ("Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovu nəzərdə tutur - red.) gətirmişdi və biz "Neftçi”nin tarixindəki ən yaxşı heyət olmuşuq. Biz hazırda başqa klublardayıq. Yeni uğurlar əldə edirik və sizləri bağışlamışıq. Amma qorxuram ki, azarkeşlər sizi heç vaxt bağışlamayalar. 

Oyunçular, məşqçilər günahkar deyillər. Günahkar sizin futboldakı biliksizliyinizdir. Ona görə də "Neftçi”ni məhv etməmək üçün gedin. "Neftçi”yə eşq olsun”.

Hazırda ölkəsinin KRB klubunun şərəfini qoruyan braziliyalı sol cinah yarımmüdafiəçisi Flavinyo isə sosial şəbəkədə hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olan Sadıq Sadıqovla şəklini paylaşaraq həm ingilis, həm də azərbaycanca bunları yazıb:

"Biz 5 il əziyyət çəkib 3 Azərbaycan çempionluğu, 2 ölkə kuboku qazandıq. İlk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycanın ilk komandası olduq. Mən 2 dəfə ilin oyunçusu, 3 dəfə ayın futbolçusu oldum, 38 qol vurdum... Ancaq indi onlar "Neftçi"nin bütün tarixini məhv edirlər".

Qaynarinfo.Az