"TEKSTİL PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 milyondan çox vergi borcu var.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1680684.34 AZN vergi borcu yaranıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "TEKSTİL PRO" MMC-nin qanuni təmsilçisi Namiq Məmmədov Ağayar oğludur. Sahibkarın sözügedən borca görə ölkədən çıxışı məhdudlaşdırılıb.
Şərhlər