Xəbər lenti

10 idmançı yarışlardan uzaqlaşdırıldı - danışılmış oyunlara görə
İdman07:52 03.03.2023

10 idmançı yarışlardan uzaqlaşdırıldı - danışılmış oyunlara görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Peşəkar Bilyard və Snuker Assosiasiyası 10 çinli oyunçu ilə bağlı qərarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, idmançılar builki yarışlarda, o cümlədən snuker üzrə dünya çempionatında iştirak edə bilməyəcək.
Sözügedən idmançılar ötən ilin yanvarında Ümumdünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) tərəfindən danışılmış oyunlarda iştirakları ilə bağlı ittiham olumnurdu. Əməlləri təsdiqlənən həmin 10 çinli 2023-cü il Dünya Snooker Çempionatı da daxil olmaqla, builki tədbirlərdə iştirak edə bilməyəcək. Onların məhkəməsi aprelin 24-də başlayacaq. 
Danışılmış oyunlarda iştirak edən idmançıların Lianq Venbo, Li Hanq, Lu Ninq, Yan Binqtao, Zao Xintonq, Zanq Jiankanq, Çen Zifan, Çang Binqyu, Zao Jianbo və Bai Lanqninq olduğu bildirilib.
Səbuhi Həsənov