Xəbər lenti

100 yaşlı veteran: “Berlinin 3 kilometrliyinə qədər getdik”  (FOTO)
Ölkə11:43 09.05.2020

100 yaşlı veteran: “Berlinin 3 kilometrliyinə qədər getdik” (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün faşizm üzərində qələbədən 75 il ötür. 
Naxçıvan Muxtar Respublikasının, Ordubad rayonunun Tivi kəndində yaşayan 100 yaşlı müharibə veteranı Məmmədəli Sultanov Qaynarinfo-ya döyüş xatirələrindən danışıb. 1920-ci ilin yanvarında anadan olan M. Sultanov 1942-ci ildə müharibəyə yollanıb. Əvvəl Tiflisə, oradan da Krasnodara göndərilib. Berlinə qədər gedib çıxan qəhrəman veteranımız Ukrayna və Belarusun işğaldan azad edilməsində göstərdiyi rəşadətlərinə görə dəfələrlə orden və medalla təltif edilib. 
"Çox yerdə vuruşmuşam. 3 dəfə ağır yaralanmışam. Almanlar işğal etdikləri bölgələrdə yerli əhaliyə çox əziyyət verirdilər. Bir tərəfdən döyüşür, bir tərəfdən də əhaliyə kömək göstərirdik. Yadımdadı, Minski alandan sonra şəhərin kənarında oturmuşduq. Gördüm bir qadın ağlayır. Yaxınlaşıb səbəbini soruşanda dedi ki, alman əsgərləri qızımın qıçını sındırıblar. Tez hərbi həkimizə xəbər verdim və köməkli şəkildə qız uşağını sarğıya qoyduq. Ukraynanın da 3 kəndinin azad edilməsində iştirak etmişəm. Camaat almanların zülmündən o qədər bezmişdi ki, bizi böyük sevinc və hörmətlə qarşılayırdılar. Hətta biri həyətindəki öküzü gətirib bağışladı ki, siz bizi faşistlərdən xilas etmisiz, kəsib əsgərlərə paylayın. Beləcə, Berlinin 3 kilometrliyinə qədər vuruşa-vuruşa getmişik".
Məmmədəli Sultanov indi Ordubadın Tivi kəndində yaşayır. 2015-ci ildə onun 95 illiyi Ordubadda təntənəli şəkildə qeyd olunub. O, həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, həm də Ordubad İcra Hakimiyyəti rəhbərliyinin veteranlara hər zaman diqqət və qayğı göstərdiyini, bunun üçün də dövlətimizdən razı olduğunu bildirib.
 
Çingiz Səfərli