11 aylıq olan çinli Vanq Yuji internetdə bir anda məşhurlaşıb.
Qaynarinfo xəbər verir ki, onu məşhurlaşdıran qarda xizək sürməsi olub. Heybey əyalətində qar idmanı mərkəzinə ailəsi ilə istirahətə yollanan bu balaca ayaq üstə düzgün dayana bilməsə də xizək sürməkdə məharətini göstərib. Onun xüziək sürərkən lentə alınan videosu internetdə böyük marağa səbəb olub.