Xəbər lenti

11 sentyabrın şübhəlisi edam edilməməsi müqabilində günahını etiraf etdi
Dünya 18:58 01.08.2024

11 sentyabrın şübhəlisi edam edilməməsi müqabilində günahını etiraf etdi

2001-ci il sentyabrın 11-də ABŞ-da terror aktlarının təşkili ilə bağlı iş üzrə əsas təqsirləndirilən şəxs Xalid Şeyx Məhəmməd və onunla əlbir olan daha iki nəfər ABŞ hərbi prokurorları ilə sövdələşməyə gediblər. 

Qaynarinfo "The New York Times” qəzetinə istinadən xəbər verir ki, onlar ölüm cəzası əvəzinə, ömürlük həbs cəzasına məhkum olunacaqlarına zəmanət müqabilində günahı etiraf etməyə razılaşıblar.

Dəqiqləşdirilir ki, təqsirləndirilən şəxslər ittiham aktında sadalanan 2976 nəfərin qətli də daxil olmaqla, bütün ittihamlar üzrə təqsirli olduqlarını etiraf ediblər. Xalid Şeyx Məhəmməd, Valid bin Attaş və Mustafa əl-Havsəvi 2023-cü ildən ABŞ-ın Kubadakı Quantanamo bazasında həbsdədirlər.

Hazırda 59 yaşlı Məhəmməd ABŞ-da təhsil almış mühəndis idi. İş materiallarına görə, təyyarələri qaçırıb binalara çırpmaq ideyasını məhz o verib. 

Prokurorlar iddia edirlər ki, Məhəmməd hücum planını hazırlayıb və 1996-cı ildə "Əl-Qaidə” lideri Usamə bin Ladenə təqdim edib. Terror aktının icraçılarının hazırlanmasında da iştirak etdiyi iddia edilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->