Xəbər lenti

14 və 16 yaşlı yeniyetmələr göldə boğuldular
Ölkə10:26 18.05.2014

14 və 16 yaşlı yeniyetmələr göldə boğuldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı sakinləri Canpolad İsmayılov və Xəyal Novruzov Masallıda göldə çimərkən batıblar

Dünən axşam Masallıda yeniyetmələrin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb. 

Boğulanlar Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur.

Onlar göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info