Xəbər lenti

15 nəfər bəraət aldı, daha 2 nəfər qanunsuzluqda şübhəli bilindi - Azərbaycanda
İdman10:20 14.12.2016

15 nəfər bəraət aldı, daha 2 nəfər qanunsuzluqda şübhəli bilindi - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının növbəti nəticələrini açıqlayıb.

Qaynarinfo.Az xəbər verir ki, UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatları araşdırmaqda davam edən AFFA və PFL müəyyən qərarlar çıxarıb.

Müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən daha iki futbolçu  araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Bunlar “Şahdağ”ın  (Qusar) nigeriyalı futbolçusu Uçe Çukunyere və “Energetik”ın (Mingəçevir) üzvü Ruslan Həmidovdur.

Noyabrın 22-də açıqlanan siyahıda yer alanlarla bağlı yeni qərara əsasən, araşdırma başa çatana qədər qüvvəsində qalır.

Şahdağ (Qusar)

İqrar Səmədov

Rafael Kübərov (İnzibatçı)

Rəvan (Bakı)

Elvin Əliyev

Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

Arzuman Vəliyev

Tunar Şahtaxtinski 

Energetik (Mingəçevir)

Elvin Əlizadə

Kamran Lalayev

Hakim

Anar Niyazov

Digər 15 şəxsi təmizə çıxaran AFFA onlarla bağlı qərarı qüvvədən düşmüş hesab edib.

 Şahdağ (Qusar)

Kamran Ağakərimov

Tofiq Şəfiyev

Mahiddin Ağamov  

Faik Ağakərimov

Rəvan (Bakı)

Əkbər Əhmədov

Fərid Ağayev

Mirqasım Cabbarlı

Omid Masumi

Fərid Quliyev

Bakılı (Bakı)

Bəhram Bəhramzadə

Xəzər Qəribov

Göyəzən (Qazax)

Orxan Əsgərov

Energetik (Mingəçevir)

Orxan Əlibalayev

Şərurspor (Bakı)

Mehdi Rəsulov

Samir Musayev

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Qaynarinfo.Az