Xəbər lenti

16 min saxta manat və 55 min saxta dollar - 6 ay ərzində
Ölkə17:41 10.07.2015

16 min saxta manat və 55 min saxta dollar - 6 ay ərzində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu ilin birinci yarısında dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb” .

APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O, qeyd edib ki, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

Qaynar.info