Xəbər lenti

16,4 milyonluq dövlət istiqrazları satıldı
Ekonomiks13:05 13.02.2016

16,4 milyonluq dövlət istiqrazları satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Qaynar.info bildirir ki, BFB-dən azvision.az-a verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib. Sifarişlər 95,2505 faiz (gəlirlilik 5 faiz) və 97,1000 faiz (gəlirlilik 2,99 faiz) qiymət intervalında təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2017-ci il fevralın 10-u, tədavül müddəti 364 gündür.
Qaynar.info