İdman 09:00 29.06.2022

18 yaşı var, futboldan milyonlar qazanır -  Cari mövsümün ən dəyərli gəncləri

2022-2023 mövsümü üçün yay transfer pəncərəsi hazırda açıqdır və demək olar hər gün transfer əməliyyatları aparılır.

Qaynarinfo xəbər verir ki, cari yay transfer pəncərəsi zamanı bir neçə gənc Avropanın klubları ilə müqavilə imzalayıb. Bu məlumatı nəzərə alaraq, 2022-23 mövsümündə ən bahalı gənc futbolçuların transferi göstərilib.

Erlinq Haland (21 yaş)
 


"Mançester Siti" norveçli futbolçunu Dortmund "Borussiya”sından transfer etdi. Onun hazırda 21 yaşı var və transfer dəyəri 150 milyon avrodur.

Nuno Mendeş (20 yaş)
 


Sol cinah müdafiəçisinin hazırda 20 yaşı var. O, bu yay "Sportinq”dən PSJ-yə keçdi və hazırda transfer bazarında 40 milyon avro dəyərindədir. 

Kərim Adeyemi (20 yaş)
 


20 yaşlı forvard 35 milyon avro məbləğində dəyərləndirilir. O, bu yay "Zaltsburq”dan Dortmund "Borussiya”sına keçib. 

Rayan Qravenberç (20 yaş)
 


Onun 20 yaşı var və qiyməti 35 milyon avro civarında göstərilir. Futbolçu bu yay "Ayaks”dan "Bavariya”ya transfer olunub.

Brenden Aaronson (21 yaş)
 


"Lids” onu "Zaltsburq”dan transfer etdi. Futbolçunun sərvəti 25 milyon avrodur və onun hazırda 21 yaşı var. 

Aşağıda 2022/23 mövsümündə digər ən dəyərli gənc futbolçuların siyahı verilib.

Adam Hlozek (Çexiya, 19 yaş): "Sparta” (Praqa) - "Bayer Leverkuzen” (Amaniya), 20 milyon avro
İyenoma Destini Udogie (İtaliya, 19 yaş): "Verona” (İtaliya) - "Udineze” (İtaliya), 17 milyon avro
Mohamed-Ali Ço (Fransa, 18 yaş): "Anje” (Fransa) - "Real Sosyedad” (İspaniya), 15 milyon avro
Kviça Kvaratsxeliya (Gürcüstan, 21 yaş): "Dinamo” (Batumi, Gürcüstan) - "Napoli” (İtaliya), 15 milyon avro
Fabio Karvalyo (Portuqaliya, 19 yaş): "Fulhem” (İngiltərə) - "Liverpul” (İngiltərə), 12 milyon avro

Səbuhi Həsənov