"Yuventus"un icarə əsasında "Sampdoria"da oynayan gənc futbolçusu Mohamed İhattaren 19 yaşında karyerasını bitirmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun atasının dünyasını dəyişməsidir. Xeyli müddətdi ortalıqda görünməyən futbolçu ailəvi səbəblərə görə keçən ay ölkəsi Niderlanda yollanmışdı. Ancaq ölkəsinə getdikdən sonra 15 gün ondan xəbər olmayıb.
Sonuncu dəfə "Voetbal International"ın yaydığı məlumata görə futbolçu atasının ölümü səbəbindən depressiyaya düşüb və karyerasını bitirmək qərarına gəlib. Dünyaca məşhur menecer Mino Rayola onunla bağlı bunları söyləyib: "İhattaren futbolu buraxmaq istədiyini deyib. Oynamağa davam etmək istəyərsə ona yardımçı olaram. Amma uzun müddətdir danışımırıq".
Səbuhi Həsənov