Keçmiş Uimbldon çempionu, alman tennisçi Boris Bekker borclarını ödəmək üçün 2,5 milyon funt-sterlinq dəyərindəki əmlakını və kreditləri gizlətdiyinə görə səkkiz ay həbs cəzası çəkdikdən sonra azadlığa buraxılıb.
Qaynarinfo-nun məlumatına görə İngiltərə mətbuatında yer alan xəbərlərdə ötən gün həbsdən çıxan Bekkerin İngiltərədən deportasiya ediləcəyi bildirilib.
55 yaşlı keçmiş alman tennisçi ötən ilin aprelində "İflas Qanunu"na əsasən dörd ittihamla təqsirli bilinərək 2,5 il həbs cəzasına məhkum edilmişdi.
2012-ci ildən İngiltərədə yaşayan idmaçı 1999-cu ildə kortlarla vidalaşıb. Bekker 15 illik karyerası ərzində 3-ü Uimbldonda daxil olmaqla, 6 dəfə "Böyük Dəbilqə" çempionu olub.
Səbuhi Həsənov