Ucarda bədbəxt hadisə nəticəsində iki yaşlı uşaq ölüb.
Hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Qazyan kəndində baş verib. Belə ki, babasının himayəsində qalan 2011-ci il təvəllüdlü Hüseynli Rəcəb Xəyal oğlu su hovuzuna düşərək boğulub.
O, yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır./APA/