Xəbər lenti

20 manatlıq alış-veriş, böyük şans - OBA lotereyasının ilk tirajının qalibləri müəyyənləşdi
Foto 16:42 25.09.2025

20 manatlıq alış-veriş, böyük şans - OBA lotereyasının ilk tirajının qalibləri müəyyənləşdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinin təşkil etdiyi "Evini OBA ilə doldur!” lotereyasının ilk tirajı uğurla başa çatıb. 1–20 sentyabr tarixlərini əhatə edən mərhələnin nəticələri 25 sentyabr tarixində elan olunub və qaliblərin adları OBA-nın rəsmi sosial media hesablarında canlı yayımla açıqlanıb.

Müştərilər yalnız 20 AZN və üzəri alış-veriş etməklə yumşaq mebel dəsti, iPhone 16 e, iPad, soyuducu, televizor, məişət texnikası və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə ediblər. 

Təsadüfi seçimin nəticəsində Goranboy rayonundan Aqşin Bağırov və Şəmkir rayonundan Bəhruz Ələkbərov Bosch ətçəkən, Bakı şəhəri Keşlə qəsəbəsindən Təranə Zamanova və Ağdamdan Səidə Kərimova Goranje mətbəx robotu, Qazaxdan Vəfa Mustafayeva, Sulutəpədən Aynurə Xudiyeva, Yeni Yasamaldan Solmaz Cəfərova LG televizor, İmişlidən Səbinə İbişzadə BEKO soyuducu, Bakı şəhərindən Yeni Yasamaldan Zeynəb Sadıxova BEKO paltaryuyan, Bakı şəhərindən Şəhruz Musazadə BEKO qabyuyan, Samuxdan Lamiyə Həsənova və Ağstafadan Ləman Məmmədova Lena yumşaq dəstini qazanıb.  

Qaliblərin seçimi tam şəffaflıqla həyata keçirilib. Bu mərhələdə münsiflər heyətində Əməkdar artist Dilarə Əliyeva, APA İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin redaktoru Nigar Abbasova, teleaparıcı, jurnalist Günay Novruzqızı, radio aparıcısı Rüfət Nadirli və Operativ Media xəbər saytının müxbiri Şəfa Hüseynli təmsil olunublar. 

Ümumilikdə lotereya çərçivəsində 38 hədiyyə təqdim olunacaq.

Lotereyanın növbəti mərhələləri davam edir:

İkinci tiraj – alış-veriş müddəti 21 sentyabr – 10 oktyabr; qaliblər 15 oktyabr tarixində elan olunacaq.
Üçüncü tiraj – alış-veriş müddəti 11–30 oktyabr; qaliblər 10 noyabr tarixində elan olunacaq.
OBA Marketlər şəbəkəsi qonşularını sevindirməyə, onları dəyərli hədiyyələrlə mükafatlandırmağa davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->