Xəbər lenti

“20 Yanvar” dairəsində reyd başladı - Sərnişinlər endirilir (VİDEO)
Ölkə10:57 10.03.2017

“20 Yanvar” dairəsində reyd başladı - Sərnişinlər endirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra “20 Yanvar” dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır.

“Qafqazinfo”nun əməkdaşları həmin ərazidə olub, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd prosesini izləyiblər. Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.

Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib.

Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı.

Qaynar.Az