XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sədr açıqladı: 200 bal toplayanlar bu ixtisaslara qəbul ola bilər (VİDEO)
Ölkə15:19 13.08.2026

Sədr açıqladı: 200 bal toplayanlar bu ixtisaslara qəbul ola bilər (VİDEO)

200 baldan yuxarı nəticə göstərən hər bir şəxs RK alt qrupunda qəbul ola bilər

Qaynarinfo DOST TV-yə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, birinci ixtisas qrupunda iki alt qrup var. RK alt qrupunda plan yerlərinin sayı 12 710-dur. Müsabiqəyə buraxılan və 200 baldan yuxarı nəticə göstərən şəxslərin sayı isə 7 662-dir. 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs birinci ixtisas qrupunun RK alt qrupunda qəbul ola bilər.

Sədrin sözlərinə görə, bu alt qrupunda 150 baldan yuxarı nəticə göstərənlərin sayı 12 622 nəfərd, plan yerlərinin sayı isə 12 710-dur. Bu o deməkdir ki, 150 baldan yuxarı nəticə göstərənlər də bu ixtisas qrupunda özləri üçün yer tapa bilərlər. Hətta bundan sonra RK alt qrupunda subbakalavrlar üçün də müəyyən qədər yer qalacaq.

Məleykə Abbaszadə qeyd edib ki, ikinci alt qrup – R alt qrupu kompüter elmlərinə aiddir. Bu alt qrup üzrə plan yerlərinin sayı 7 440-dır. Müsabiqəyə 200 baldan yuxarı nəticə göstərənlərin sayı isə 8 000 nəfərdir:

“Rİ alt qrupunda müsabiqə vəziyyəti daha gərgindir. 8 000 nəfərdən yalnız 7 440 nəfəri qəbul olunacaq. 250 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10 999-dur. Keçən il bu alt qrupda kifayət qədər subbakalavr da qəbul olunub. Ola bilsin, bu il də subbakalavrlar bu altqrupda qəbul olunsunlar. Birinci qəbuldan sonra bəzi abituriyentlər bu ixtisasları qeyd etməsələr, subbakalavrlar üçün də yer qala bilər. Amma düşünürəm ki, elə də çox olmayacaq”.