Xəbər lenti

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olundu
Ekonomiks17:04 23.12.2022

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib. Bu barədə SOCAR "Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı” aksiyasında məlumat verib.
 Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə  200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib.  Həmçinin şöbə rəisi SOCAR "Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.
Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.
Daha ətraflı video materialda izləyə bilərsiniz: