Güzəştli şərlətlər verilmiş dövlət kreditini təyinatı üzrə xərcləməməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirlənidirilən "Dəmir Yumruq-44-52" şirkətinin direktoru İbrahim Məmmədzadəyə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 195.1 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313.1-ci (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunan İbrahim Məmmədzadə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İş materiallarından məlum olur ki, o, bankların birinə investisiya layihəsi təqdim etməklə 200 000 manat məbləğində güzəştli kredit götürüb. Lakin sonradan məlum olub ki, həmin kredit təyinatı üzrə xərclənməyib.
İbrahim Məmmədzadə məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
"Dəmir Yumruq-44-52" MMC 14 iyul 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hazırda 15 537,17 manat vergi borcu var.
Seyid
Şərhlər