Xəbər lenti

İdman 14:41 10.04.2023

2006-cı ildəki davanın səbəbini açıqladı: "Dedim "bacını maykadan üstün tuturam"

2006-cı ildə keçirilən dünya çempionatının finalında üz-üzə gələn Fransa və İtaliya millirəinin oyunu şübhəsiz ki, həm Marko Materatsi, həm Zinəddin Zidan, həm də futbol azarkeşləri üçün üçün unudulmaz bir gün oldu.

Qaynarinfo xəbər verir ki, Fransa millisinin əfasəsi Zinəddin Zidan oyun zamanı italiyalı rəqibi Marko Materatsini baş zərbəsi ilə yerə sərmişdi.

İllər sonra Matertsi həmin anları xatırlayıb və Zidanın onu hansı səbəbə görə vurduğunu deyib. İtaliyanın "Futbol TV" kanalına danışan keçmiş müdafiəçi həmin gün baş verənləri belə izah edib:
 
"Zidan qol vurduqdan sonra onu saxlamaq vəzifəsi mənə tapşırıldı. Birinci və ikinci follarımda üzr istəsəm də, o, pis cavab verdi. Üçüncü dəfə qarşılaşanda artıq qəzəbli idim. Mənə dedi ki, oyundan sonra formasını mənimki ilə dəyişəcək. Mən də cavabımda "Bacını maykadan üstün tuturam" dedim".

90 dəqiqəsi 1:1 hesabı ilə bitən və əlavə vaxta gedən final matçının 110-cu dəqiqəsində Marko Materatsiyə sinəsinə sərt baş zərbəsi vuran Zidan qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Bu, həm də Zidanın yığma karyerasında son matçı olub. Penaltilər seriyasına qədər uzanan matçda italiyalılar 5:3 hesabı ilə qalib gələrək 4-cü dəfə dünya çempionu adını qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->