Dünya 15:10 30.07.2022

2008-ci ildə İstanbulda baş verən partlayışı törədən terrorçu öldürüldü

2008-ci ildə İstanbulda törədilən terror partlayışını törədənlərdən biri Türkiyə İstihbarat Təşkilatının Suriyada keçirdiyi əməliyyat zamanı öldürülüb.

Qaynarifo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

2008-ci ildə İstanbulun Güngörən məhəlləsində törədilən terror partlayışını törədənlərdən biri, PKK üzvü Nüsrət Təbiş Türkiyə Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi əməliyyat zamanı öldürülüb.

2008-ci ildə İstanbulda PKK-çıların iki bombanı partlatması nəticəsində 17 nəfər həlak olmuş, 150-dən çox insan yaralanmışdı.

M.Arif