Xəbər lenti

2015-ci ildə ən çox neft çıxaran 10 ölkə
Ekonomiks16:12 15.03.2016

2015-ci ildə ən çox neft çıxaran 10 ölkə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2015-ci ildə ən çox neft ABŞ-da hasil olunub. 

Ötən il bu ölkədə gündəlik 13,7 milyon barrel neft çıxarılıb.

Neft hasilatının həcminə görə ikinci yerdə gündəlik 11,9 milyon barrellə Səudiyyə Ərəbistanı dayanıb.

Üçüncü yeri gündəlik 11 milyon barrel hasilatla Rusiya tutub.

İlk onluqdakı digər ölkələr siyahıda belə sıralanıb:

Çin – gündə 4,6 milyon barrel

Kanada – 4,4 milyon barrel

İraq – 4 milyon barrel

BƏƏ – 3,5 milyon barrel

İran – 3,4 milyon barrel

Meksika – 2,7 milyon barrel

Küveyt – 2,7 milyon barrel.

Bu rəqəmlər xam neft və maye qaz kondensatını ehtiva edir.

Transparency.az bildirir ki, ötən il Azərbaycanda 41 milyon 586 min ton neft hasil olunub. Bu, gündə təqribən 843 min barrel deməkdir. (Transparency.az)

Qaynar.info