
Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi İli" elan olunub.
Trend-in məlumatına görə, yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib.
Qeyd edək ki, mayın 11-i 22-si aralığında Azərbaycanda IV İslam Həmrəylik Oyunları keçiriləcək.
Qaynarinfo.Az