Xəbər lenti

2017-nin ən çox satılan 5 “Liderlik” kitabı – Siyahı
Ekonomiks06:27 08.03.2017

2017-nin ən çox satılan 5 “Liderlik” kitabı – Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biznes idarəçiliyi və liderlik üslubları ilə bağlıkitablar bir çoxlarının marağındadır. Əksər iş adamları, xüsusilə, yenibaşlayanlar buradakı prinsipləri öz bizneslərinə tətbiq edirlər.  Bəs bu“kitab” biznesində ən uğurlu nəticə əldə edən kitablar hansılardır?Milyonlarla kitab satmaq özü də bir marketinq qələbəsi hesab ediləbilərmi?

2017-ci ildə ən çox satılan 5 liderlik kitabının sıralamasını təqdim edirik:

5. StrengthsFinder 2.0

Hər hansı bir proqram təminatına bənzər bir ad daşıyan “StrengthsFinder 2.0″ TomRath tərəfindən qələmə alınıb. Bu kitab Sizin güclü tərəflərinizi necəaşkarlayacağınız və onu real həyata necə tətbiq edəcəyiniz haqqındaməlumatları özündə əks etdirir.

4. “Trump: The Art of the Deal”

ABŞ-ın 45-ci prezidenti Donald Trump özünün müzakirə bacarıqları vəliderlik xüsusiyyətlərinə görə tanınır və öz kitabında da bu bacarıqlarayiyələnməyin necə mümkün olduğunu əks etdirib. Donald Trump və TonySchwartz-ın qələmə aldığı “TRUMP The Art of The Deal” (TRUMP RazılaşmaSənəti) ilk çapından 30 il keçməsinə baxmayaraq, hələ də ən çoxsatılanlar sırasındadır.

3) “Tools of Titans: The Tactics, Routines, and Habits of Billionaires, Icons, and World-Class Performers”

Timothy Ferriss tərəfindən qələmə alınan “Titanların Alətləri:Milyarderlərin, İkonların və Dünya Şöhrətli Sənətçilərin taktikları, rutinləri və vərdişləri” kitabında 200-ə yaxın iş adamı, atlet vəsənətçi ilə etdiyi müsahibələrin nəticəsini ümiləşdirərək, lazımiməqamları qabartmışdır.

2) “Manage Your Day-to-Day: Build Your Routine, Find Your Focus, and Sharpen Your Creative Mind”

Sıralamnın ikinci yerində Jocelyn K. Glei-nin müəllifi olduğu “Gününüİdarə et: Gündəliyini müəyyənləşdir, Fokusunu tap və Kreativ zehniniitiləşdir” kitabıdır. Bu kitab vasitəsilə 20 liderin tövsiyələriəsasında öz iş gününüzü necə qurmalı olduğunuzu və digər üsullarımüəyyənləşdirə bilərsiniz.

1) “The ONE Thing: The Surprisingly Simple Truth Behind Extraordinary Results”

Çox işi bir yerdə etmək çox səmərəli görünə bilər. Amma Gary Kellervə Jay Papasan bu fikirlə razı deyillər.  Onların fikrincə bir işəfokuslanmaq həmişə daha məhsuldar olur və həyatınızda möcüzələr yaradır.Onların qələmə aldığı bu kitab müxtəlif agentliklər tərəfindən tərtibedilən 350-dən çox “best -seller” siyahısının ilk sırasında yerləşir. Başqa sözlə, oxumağa dəyər.

Qaynar.Az
Mənbə: bbn.az