Bu gün gecə saatlarında Azərbaycanın Neftçala rayonu ərazisində zəlzələ baş verib.
Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a məlumat verilib. Yeraltı təkanlar 3,2 bal gücündə, yerin 53 km. dərinliyində qeydə alınıb.
“İlkin məlumatlara əsasən, yerli vaxtla saat 01:55 Cəlilabad-dan 62 km şərqdə, Neftçalada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, - deyə məlumatda bildirilir.
Qaynarinfo.Az