Xəbər lenti

Nazirlikdən əhaliyə hava xəbərdarlığı
Ölkə09:10 31.08.2016

Nazirlikdən əhaliyə hava xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentdən Qaynarinfo.Az-a verilən məlumata görə, sentyabrın 1-i gündüzdən 2-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb-küləyinin güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Eyni zamanda, rayonlarda da sentyabrın 1-dən 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Qaynarinfo.Az