Xəbər lenti

Sürücülərə şad xəbər
Ölkə05:48 01.05.2015

Sürücülərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən sürücülərə pərdə və plyonkadan istifadəyə icazə veriləcək. Bu barədə məlumat anspress-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilib. 
Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Jalüzlərdən istifadə 15 noyabra qədər mümkün olacaq. 
Qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib.
Qaynar.info