Xəbər lenti

Xəzərdə zəlzələ
Ölkə06:00 23.03.2015

Xəzərdə zəlzələ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, maqnitudası 5.4 bal gücündə olan təkanlar yerin 6 km dərinliyində qeydə alınıb. 
Təkanlar yerli vaxtla saat 02.45-də baş verib. Xəzərin 40.01, 51.65 koordinatlarında qeydə alınmış zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, Azərbaycanda ən son ötən gecə Lerik rayonunda zəlzələ baş vermişdi. 
2015-ci ildə isə Azərbaycanda ümumilikdə 35 zəlzələ baş verib ki, onlardan 19-u Xəzər dənizində olub.
Qaynar.info