Bu gün səhər saat 8.50 radələrində “Bakı metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında yuxarı çıxan eskalatordan biri qəfildən dayanıb.
Aznews.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, eskalator dayanan kimi sərnişinlər həyəcan keçiriblər və piyada yuxarı qalxmağa məcbur olublar.
Qeyd edək ki, bu olay “Elmlər Akademiyası” stansiyasında bu ay ərzində artıq ikinci hadisədir. İlk olay zamanı da yaşlı sərnişinlər yuxarı qalxa bilməyiblər və eskalatorun qəfil dayanması bəzi insanların ürək tutması və panikaya düşməsi ilə nəticələnib.
Qaynar.info