Xəbər lenti

Azərbaycanda zəlzələ
Ölkə06:25 23.01.2015

Azərbaycanda zəlzələ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizində zəlzələ baş verib. Qaynar.info Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar 22 yanvar tarixində, yerli vaxtla 20:30-da qeydə alınıb. 
Zəlzələ Xəzər dənizinin 19 km dərinliyində baş verib. Təkanların maqnitudası isə 3 bal olub. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sonuncu dəfə zəlzələ 6 gün öncə baş verib. Yerli vaxtla saat 16:27-də Qobudan 177 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Dərinliyi 55 km, maqnitudası 3.4 olan zəlzələ hiss olunmayıb.
Qaynar.info