Xəbər lenti

Sabah qar yağacaq
Ölkə10:31 01.11.2014

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək. Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, arabir yağış yağacaq və hava gecəyə doğru yağıntılı olacaq. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. 
Temperatur gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Rayonlarda yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. 
Qaynar.info