Bakıda qadın meyiti aşkarlanıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinfadən xəbər verir ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1950-ci il təvəllüdlü Krosnotekova Nina Tixonovna bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar edib. N.Tixonovnanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Qaynar.info