Xəbər lenti

Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə07:31 16.10.2014

Azərbaycan əhalisinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8% artaraq sentyabr ayının 1-nə 9 552,5 min nəfərə çatıb. 

"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub.

 Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2%, kənd əhalisinin xüsusi çəkisi isə 46,8% təşkil edir, 49,7% kişilərdən, 50,3% qadınlardan ibarətdir.Əhalinin 22,4%-i 0-14 yaşda, 71,8%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür.

Qaynar.info