
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "Qaynar"a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7140 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, AMB dünənə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən etmişdi. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.
Onu da qeyd edək ki, dünənv AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.
Qaynar.Az