Xəbər lenti

İki qardaş bıçaqlandı, biri öldü
Ölkə07:34 20.08.2014

İki qardaş bıçaqlandı, biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı sakini əmisi oğlu olan iki qardaşı bıçaqlayıb, qardaşlardan biri ölüb

Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.  

Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info