Xəbər lenti

Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Ekonomiks09:09 11.11.2016

Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabr ayının 10-na ölkədə dollar satışı həyata keçirən bankların sayı 21-ə enib. 

İranMilli Bankının Bakı filialı, “Bank Respublika” və “Bank of Baku” bu gün  valyuta satışını dayandırıb.

“Bank Avrasiya” isə valyuta satışında limit tətbiq etməyə başlayıb. Bu bankdan 200 dollar məbləğində dollar almaq mümkündür.

 Dünən isə “Bank Silk Vey” və “Atabank” ABŞ valyutasını limitlə satmağa başlayıb. Bu banklarda maxsimum 500 dollar məbləğində  valyuta ala bilərsiz.  

“Turanbank” isə  dünəndən dolların satışına tətbiq etdiyi limiti 10 dəfə artırıb. Bank 10 000 dollar civarında valyuta satmağa qərar verib.  Avro da elə həmin məbləğdə satılır.(fins.az)

Qaynarinfo.Az