Xəbər lenti

Bu rayonlarda 2 gün qaz olmayacaq
Ölkə07:24 12.08.2014

Bu rayonlarda 2 gün qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi ilə planlaşdırılmış təmir işlərinin aparılması ilə əlaqədar 2 gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə qazın verilişində fasilələr olacaq. 

Bununla yanaşı Qazax-Qazıməmməd magistral qaz kəmərində təmir işləri ilə əlaqədar işlər başa çatanadək Ağstafa rayonu və Tovuz rayonunun bir hissəsinə, saat 16:00-dək isə Goranboy şəhərinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info