Xəbər lenti

Neft yenə ucuzlaşdı
Ekonomiks05:33 21.06.2016

Neft yenə ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya bazarında neft ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar azalaraq 49,20 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar azalaraq 50,37 dollar olub.

 Analitiklərin fikrincə nefti uculaşdıran Səudiyyə Ərəbistanının ixracı azaltmasıdır. Buna baxmayaraq, adıçəkilən ölkədə hasilat hələ də yüksək səviyyədədir. Bu, onu göstərir ki, “qara qızıl”a tələbat olduqca yüksəkdir.

Qeyd edək ki, apreldə Səudiyyə Ərəbistanı sutkada 7,44 mln. barel ixrac edib. Halbuki, martda bu göstərici 7,54 mln. barel/sutkada olub. Martda ölkədə 10,22 mln. barel/sutkada neft hasil olunduğu halda, apreldə hasilat 10,26 mln. barel/sutkada çatıb.

Qaynarinfo.az